Ölkə futbolu
Futbolçumuz Türkiyənin 2 klubunu bir-birinə vurmasından danışdı
“Orduspor”dan ayrıldıqdan sonra iki PTT 1-ci Liqa klubu …
“Orduspor”dan ayrıldıqdan sonra iki PTT 1-ci Liqa klubu arasında mübahisəyə səbəb olan Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç həmin hadisə ilə bağlı açıqlama verib. Futbolinfo.az saytına danışan 32 yaşlı futbolçu “Bucaspor”dan imtina edib, “Manisaspor”u seçməsini belə şərh edib:
“Sonradan eşitdim ki, “Bucaspor”da da “Orduspor”da olduğu kimi maliyyə problemi var. Bir çox insan mənə zəng edib, bu barədə məlumat verdi. Həmin vaxt “Manisaspor”dan daha yaxşı maliyyə şərtləri olan təklif gəldi və mən də qəbul etdim”.
Qeyd edək ki, Subaşiç əvvəlcə “Bucaspor”la anlaşsa da, sonradan “Manisaspor”a keçmişdi. Milliləşdirilmiş serbiyalı futbolçumuzun bu addımı iki klub prezidenti arasında sözlü münaqişəyə səbəb olub və onlar münasibətlərini pozublar.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”