Ölkə futbolu
"Koper" "Neftçi"nin rahat oynamasına imkan versə…"
Sloveniyanın “Koper” klubunun baş məşqçisi Rodo…
Sloveniyanın “Koper” klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan Kubokunun sahibi “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Sloveniya təmsilçisinin baş məşqçisi “ağ-qaralar”ın təhlükəli rəqib olduğunu deyib:
“Neftçi”nin yoxlama görüşündə Drezden “Dinamo”suna (Almaniya) məğlub olduğu oyunu izləmişəm. Sondakı penalti dəqiq yerinə yetirilsəydi, vəziyyət başqa cür ola bilərdi. Rəqibin 8-9 yaxşı legioneri var. Xüsusilə də braziliyalılar. Qapıçıları Saşa Stamenkoviç də çıxışı ilə fərqlənir. Təbii ki, rəqibin daha çox oyununu izləməklə onu daha yaxşı analiz etmək olar. Hazırda bizdə olan rəqiblə bağlı ilkin təsəvvürdü. Kapitanları Flavinyo başda olmaqla rəqib, həqiqətən də, fərdi keyfiyyətləri ilə seçilən futbolçulardan ibarətdi. Onu da qeyd edim ki, rəqib əsasən sol cinahdan təhlükəli hücumlar qurur. Onların rahat oynamasına imkan verməməliyik. Əks-təqdirdə, bu bizə baha başa gələcək”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”