Bizi izləyin

Ölkə futbolu

"İnter"lə "Neftçi" Avropa Liqasında növbəti sınağına çıxır

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin il…

blank
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən komandalar da növbəti sınaqlarına çıxacaqlar.
 
Təmsilçilərimizdən biri – "İnter" ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Debüt mövsümündə Bosniya və Herseqovina "Şiroki Briyeq"inə uduzan (0:2, 0:3) "Qəbələ"dən fərqli, "bankirlər" Moldova "Tiraspol"una hər iki oyunda qalib gələrək (3:2, 3:1) adını növbəti mərhələyə yazdırdı. "Neftçi" isə mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayır.
 
"İnter" Avroliqaya Premyer Liqamızın gümüş, "Neftçi" isə kubokun sahibi kimi qatılıb. Hər iki klubumuz əvvəllər bir neçə dəfə qitə miqyaslı turnirlərdə iştirak etdiyindən müəyyən təcrübəyə malikdilər. "Neftçi" hətta Avroliqanın qrup mərhələsində iştirak təcrübəsinə də malikdi. İndi "Neftçi" həmin uğurunu təkrarlamaq, "İnter" isə ilk dəfə buna nail olmaq üçün mübarizə aparır.
 
"Bankirlər"i bu dəfə daha güclü İsveç "Elfsborq"u ilə mübarizə gözləyir. 1904-cü ildə yaranan bu klubun indiki baş məşqçisi Klas İnqesson 2013-cü ildən bu vəzifədədi. "Sarı-qaralar" ev oyunlarını təmsil etdikləri şəhərin adını daşıyan və 17 800 azarkeş tutumu olan "Boras Arena"da keçirir. Ölkənin əsas çempionatı olan "Allsvenskan"da "Elfsborq" 5 dəfə (1935/36, 1938/39, 1939/40, 1961, 2006) qalib adını qazanıb. 6 dəfə isə (1942–43, 1943–44, 1944–45, 1965, 1977, 2008) komanda çempionatın gümüş mükafatçısı olub. İsveçin ən titullu klublarından olan "sarı-qaralar" 5 dəfə finala çıxmaqlarına baxmayaraq, ancaq 2001 və 2003-cü illərdə ölkə kubokunu başı üzərinə qaldıra biliblər.
 
Komanda avrokuboklarda da uğurlu çıxışı ilə seçilir. 3 dəfə UEFA İntertoto Kubokunda finala çıxan isveçlilər 2 dəfə – 1980 və 2008-ci illərdə qalib olublar. İndiyə kimi, Çempionlar Liqasında 10 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, eyni sayda da məğlubiyyət yaşayıb. Avropa Liqasında isə 104 matçda iştirak edən İsveç təmsilçisi 41 qələbə, 20 heç-heçə və 43 məğlubiyyətlə yadda qalıb. Bütövlükdə, bu komanda avrokuboklarda 114 oyun keçirib, 45 qələbə qazanıb, 23 heç-heçə edib, 46 oyunda isə uduzub. Bu oyunlarda 183 qol vuran "Elfsborq" öz qapısında 167 top görüb. Ötən avrokuboklar mövsümündə Çempionlar Liqasında mübarizə aparan bu komanda Şotlandiya "Seltik"inə uduzaraq Avropa Liqasına düşüb. Avroliqanın pley-off mərhələsində Danimarka "Nordsyeland"ına qalib gələn komanda qrup mərhələsinə vəsiqə qazanıb. Belçika "Standard"ı, Avsriya "Zalsburq"u və Danimarka "Esbyerq"i ilə mübarizə aparan "Elfsborq" cəmi 4 xal toplamaqla yalnız belçikalıları qabaqlaya bilib.
 
"Elfsborq" Avropa Liqasına ölkə kubokunu qazanmaqla vəsiqə qazanıb. "İnter"in rəqibi kubokun finalında "Helsinborq"la qarşılaşıb. "Sarı-qaralar" Lasse Nilsonun 54-cü dəqiqədə vurduğu yeganə qolla kubokun sahibi olublar. Komanda ölkə çempionatında ötən mövsümü 16 komanda arasında 6-cı yerdə tamamlayıb. Həmin mövsüm 30 oyun keçirən "sarı-qaralar" 12 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıblar. Rəqib qapılarına 49 top vuran komanda 34 qol buraxıb. Onu da bildirək ki, hazırda İsveç çempionatında yeni mövsüm davam edir və Klas İnqessonun yetirmələri 14 turdan sonra turnir cədvəlində 4-cü yeri tuturlar. Onlar 7 qələbə, 4 bərabərlik və 3 məğlubiyyət yaşayıblar. Rəqib qapılarına 21 top vuran komanda 13 qol buraxıb.
 
Son Azərbaycan kubokunun qalibi "Neftçi" isə Sloveniya təmsilçisi "Koper"lə mübarizə aparacaq. 1920-ci ildə yaranan kluba hazırda Ante Quberaç rəhbərlik edir. "Sarı-mavilər" matçlarını təmsil etdikləri şəhərin adını daşıyan və 4047 azarkeş tutumu olan "Bonifika" stadionunda keçirir. İtaliyalı Rodolfo Vanoli komandanın hazırkı baş məşqçisidi və 2012-ci ildən bu vəzifədədi. Ölkənin əsas çempionatı olan "Prava Liqa"da "Koper" 1 dəfə (2009/10) qalib adını qazanıb. 2 dəfə isə (2007/08, 2013/14) komanda çempionatın gümüş mükafatçısı olub. "Sarı-göylər" 2 dəfə – 2005/06, 2006/07 mövsümündə ölkə kubokunun qalibi olublar. Son mövsümdə bu komanda ölkə çempionatını ikinci pillədə başa vurub. 10 komandadan, dörd dövrədən ibarət çempionatda "Koper" yalnız çempion "Maribor"dan geri qalıb. Əsas rəqibindən 8 xal az toplayan "Neftçi"nin rəqibi 36 oyuna 21 qələbə ilə 69 xala malik olub. 6 görüşdə heç-heçə edib, 9 oyunda uduzan "Koper" rəqib qapılarından 52 top keçirib, öz qapısında 36 qol görüb.
 
Klubun avrokuboklardakı nəticələri də çox ürəkaçan deyil. Bu vaxta qədər 4 dəfə (2006/07, 2007/08, 2008/09, 2011/12) Avroliqanın birinci təsnifat mərhələsində mübarizə aparan komanda ancaq beşinci cəhdində, yəni bu mövsüm mərhələ adlaya bilib. Slovenyalılar Monteneqro "Çelik"ini üzərində qələbə (5:0, 4:0) qazanaraq, "Neftçi"yə rəqib olub. "Koper" 2010/11 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan komanda Zaqreb "Dinamo"suna (Xorvatiya) məğlub olaraq (3:0, 1:5), ÇL-lə vidalaşıb.
 
Göründüyü kimi, təmsilçilərimizin rəqibləri sıradan komandalar deyil. Amma hər halda "Koper"lə "Elfsborq" Avropanın nəhənglərindən də sayılmır və işə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə hər iki rəqibi mübarizədən kənarlaşdırmaq olar. "İnter"ə səfər oyununda vurulacaq qol və qollar çox vacibdi. Qol vurub, buraxmamaq təbii ki, komandamıza əlavə üstünlük qazandıracaq. Amma "bankirlər"in səfərdən qollu heç-heçə ilə dönməsi də qənaətbəxş sayıla bilər. "Neftçi" isə cütün taleyinə böyük ölçüdə ev oyununda aydınlıq gətirməlidi. Bu mənada Böyükağa Hacıyevin komandası öz qapısını toxunulmaz saxlamaq şərtilə rəqib qapısına mümkün qədər çox qol vurmağa çalışmalıdı ki, bir həftə sonra Sloveniyada keçiriləcək cavab görüşündə işi çətin olmasın.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.625 reytinq xalı var. Bu mövsümə ölkəmizə 0.500 xalı "İnter", 0.250 xalı isə "Qarabağ" qazandırıb. Ümidvarıq ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.
 
"İnter" 4.425 xalla klub sıralamasında Avropanın 269-cu komandasıdı. "Neftçi" isə 7.425 reytinq xalı ilə 188-cidi. Rəqiblərə gəlincə, "Elfsborq" 9.865 xalla 143-cü, "Koper" də 3.850 xalla 289-cudu.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)
17 iyul
 
20:00. Neftçi – Koper
Baş hakim: Denis Şerbakov (Belarus).
Bakı. "Bakcell Arena".
 
21:00. Elfsborq – İnter
Baş hakim: Davide Massa (İtaliya).
Boras. "Boras Arena".
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm