Ölkə futbolu
Matiya Spiçiç: “Elfsborq” “Tiraspol”dan daha səviyyəlidi”
Bakı “İnter”inin futbolçusu Matiya Spiçi&c…
Bakı “İnter”inin futbolçusu Matiya Spiçiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək İsveç “Elfsborq”u ilə səfər matçı öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az saytına danışan təcrübəli müdafiəçi bu sözləri deyib:
"Əvvəla onu deyə bilərəm ki, çox çətin və güclü mübarizə şəraitində keçəcək bir oyun olacaq. “Elfsborq” “Tiraspol”dan daha səviyyəli komandadı. Onların möhkəm və nizam-intizamlı komandası var. “Elfsborq” avrokuboklarda böyük təcrübəyə malikdi. Çox önəmli məqam odu ki, biz də yaxşı, möhkəm və nizam-intizamlı oyun nümayiş etdiririk. Xüsusilə də, müdafiə xəttində bunu yaxşı edirik. Ancaq bu, o demək deyil ki, biz hücum etməyəcəyik. Hesab edirəm ki, öz oyunumuzu oynasaq, istədiyimizi nəticəni qazana bilərik. Bir məqamı da qeyd etməliyəm ki, bu oyunda “Tiraspol”dakı kimi müdafiə səhvləri etməməliyik. Çünki “Elfsborq” daha səviyyəli komandadı və bir ani səhvimizdə bizi cəzalandıra bilər".
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”