Ölkə futbolu
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları başa çatdı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi &cced…
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha beş görüş baş tutub.
İlk oyun günündə olduğu kimi, ikinci oyun günündə də əksər qarşılaşmalarda azarkeşlər bol qolun şahidi ola bilməyiblər. Yalnız "Ludoqorets" doğma meydanda dörd cavabsız qolla qalib gəlib.
İkinci təsnifat mərhələsinin bütün oyunlarının nəticəsini təqdim edirik:
UEFA Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (ilk oyunlar)
15 iyul
Valletta (Malta) – Qarabağ (Azərbaycan) – 0:1
Slovan (Slovakiya) – TNS (Uels) – 1:0
Şerif (Moldova) – Sutyeska (Monteneqro) – 2:0
BATE (Belarus) – Skenderbeu (Albaniya) – 0:0
Jrinski (Bosniya və Herseqovina) – Maribor (Sloveniya) – 0:0
Santa-Koloma (Andorra) – Makkabi (Təl-Əviv, İsrail) – 0:1
Rabotniçki (Makedoniya) – HJK (Finlandiya) – 0:0
Dinamo (Xorvatiya) – Jalgiris (Litva) – 2:0
Kliftonvill (Şimali İrlandiya) – Debretsen (Macarıstan) – 0:0
Partizan (Serbiya) – Torshavn (Farer adaları) – 3:0
Sparta (Çexiya) – Levadiya (Estoniya) – 7:0
Reykyavik (İslandiya) – Seltik (Şotlandiya) – 0:1
16 iyul
Malmö (İsveç) – Ventspils (Latviya) – 0:0
Ludoqorets (Bolqarıstan) – Düdelanj (Lüksemburq) – 4:0
Dinamo (Tiflis, Gürcüstan) – Aktobe (Qazaxıstan) – 0:1
Stromsqodset (Norveç) – Styaua (Rumıniya) – 0:1
Legiya (Polşa) – Sent-Patrik Atletik (İrlandiya) – 1:1
Qeyd edək ki, cavab görüşləri iyulun 22-23-də keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”