Ölkə futbolu
"İnter" "Elfsborq"a qalib gəldi
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin il…
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də növbəti sınağına çıxıb.
Premyer Liqamızın gümüş mükafatçısı bu mərhələdə İsveç "Elfsborq"u ilə mübarizə aparır. Hansı ki, bu komanda mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən start verib. "Bankirlər" isə ilk təsnifat mərhələsində Moldova "Tiraspol"unu mübarizədən kənarlaşdırmışdı – 3:2, 3:1.
"İnter"ə səfər oyununda vurulacaq qol və qollar çox vacib idi. Qol vurub, buraxmamaq təbii ki, komandamıza əlavə üstünlük qazandıracaqdı. Amma "bankirlər"in səfərdən qollu heç-heçə ilə dönməsi də qənaətbəxş sayıla bilərdi. Sevindirici haldı ki, təmsilçimiz böyük uğura imza ataraq səfərdən sərfəli qələbə ilə qayıdıb.
Bu komandalar arasındakı cavab matçı iyulun 22-də Bakıda keçiriləcək.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
17 iyul
Elfsborq – İnter – 0:1 (0:1)
Qol: S.Georgiyevski, 29 (0:1).
Sarı vərəqələr: D.M.Kolli, 12, V.Klaesson, 40, A.Svensson, 44, M.Şpiçiç, 49, A.Klarström, 53, Y.Yönsson, 53, Y.Larsson, 83.
Baş hakim: Davide Massa (İtaliya).
Boras. "Boras Arena".
ELFSBORQ: 30. Abbas Hassan, 6. Yon Yönsson, 7. Yohan Larsson (k), 12. Sebastyan Holmen, 15. Andreas Klarström (20. Adam Lundqvist, 62), 8. Anders Svensson, 25. Markus Rohden, 10. Mikkel Bekmann, 16. Viktor Klaesson (19. Simon Hedlund, 86), 17. Per Frik (9. Lars Nilsson, 69), 24. Viktor Prodell.
Ehtiyat oyunçular: 1. Kevin Elleqor, 11. Daniel Mobek, 13. Arber Zeneli, 21. Henninq Hauqer.
Məşqçi: Yan Miyan.
İNTER: 1. Georgi Lomaya (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 6. Slavço Georgiyevski, 8. Mikel Alvaro (4. İvan Benites, 90+3), 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 27. Dieqo Madriqal (11. Asif Məmmədov, 74), 28. Baçana Sxadadze (9. Mirzağa Hüseynpur, 63).
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 17. Məhəmməd Mirzəbəyov, 7. Abdulla Abatsiyev, 24. Fuad Bayramov.
Baş məşqçi: Kaxaber Sxadadze.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”