Müsahibə
Rodolfo Vanoli: "Cavab matçına hesab 0:0 imiş kimi başlayacağıq"
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolf…
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, komandasının 2:1 hesablı qələbəsini belə şərh edib:
– "Neftçi"ni təbrik edirəm. Çox yaxşı oyun nümayiş etdirdilər. Biz böyük hörmət göstərdik. Öz oyunumuzu oynadıq. Rəqibin 3-4 futbolçusu çox yaxşı idi. Biz onlara məsafə verməməyə çalışdıq. Öz futbolçularımdan razıyam. İnanıram ki, evdəki oyunda da belə oynayacaqlar. Hələ oyun bitməyib. Sloveniyada bizi çətin gözləyir. Burda çıxış etmək mənim üçün şərəf idi.
– Oyundakı kobudluğa münasibətiniz necədi?
– Məncə, çox düzgün oyun getdi. Biz futbol oynadıq. Böyükağa Hacıyevlə mübahisəmiz olmadı. Yaxşı ki, bunu unutmuşam.
– "Neftçi"ni yetərincə analiz edə bildinizmi?
– Cavab oyununa yenidən 0:0 hesabı ilə başlayacağıq.
– Qapıçının matçın son dəqiqələrində etdiyi hərəkəti azarkeşləri özündən çıxardı…
– Belə bir hadisə baş veribsə, qapıçının adından üzr istəyirəm.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”