Ölkə futbolu
Böyükağa Hacıyevin oğlu jurnalistə hücum çəkdi
"Neftçi" – "Koper" oyunundan sonra təşkil…
"Neftçi" – "Koper" oyunundan sonra təşkil olunmuş mətbuat konfransında qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, bakılıların baş məşqçisi Böyükağa Hacıyevin oğlu jurnalistə hücum çəkib.
Belə ki, "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergünün Böyükağa Hacıyevə ardıcıl suallar verməsi "Neftçi" tərəfini qəzəbləndirib. Rəşad bəyin "Skenderbeu" gəlir "Neftçi"ni çiləyir, "Koper" gəlir "Neftçi"ni çiləyir" deməsi qalmaqalın yaranmasına səbəb olub. Bundan sonra əsəbləşən Böyükağa Hacıyev ayağa qalxıb. Bunun ardınca Hacıyevin oğlu Yusif Hacıyev Rəşad Ergünə yaxınlaşaraq, ona fiziki təsir göstərib. Halbuki, Hacıyevin oğlunun mətbuat konfransında hansı hüquqla iştirak etməsi maraq doğurur.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”