Dünya futbolu
Klubların futbolçulara 23 milyon borcu var
İspaniya futbolunda hökm sürən maliyyə böhranı daha…
İspaniya futbolunda hökm sürən maliyyə böhranı daha da dərinləşib. Futbolinfo.az xəbər verir ki, futbolçuları və klubların çətin vəziyətdə olduğu bildirilir.
İspaniya futbol liqalarında forma geyinən 194 futbolçu maaş almadıqları üçün şikayət ediblər.
İspaniya peşəkar liqalarında çıxış edən futbolçuların üzvü olduqları İspaniya Futbolçular Dərnəyi (AFE) oyunçuların şikayətindən sonra hərəkətə keçib. AFE maaşlarının ödənilməməsi ilə bağlı İspaniya Peşəkar Futbol Liqasına müraciət edib.
AFE-dən verilən açıqlamada futbolçularına maaşlarını ödəməyən klublardan 18-nin La Liqa və ikinci liqa (Adelante) təmsilçisi olduğu bildirilib. Klubların futbolçularına ümumilikdə 23 milyon avroya yaxın borcu olduğu iddia edilir.
İspaniya Peşəkar Futbol Liqasının qaydalarına əsasən klublar borclarını avqustun 31-dək ödəməlidi. Əks təqdirdə həmin klublara ciddi sanksiyalar tətbiq olunacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”