Ölkə futbolu
"Sumqayıt" "Bunyodkor"a qalib gəldi
Yeni mövsümə Türkiyədə hazırlaşan "Sumqayıt&…
Yeni mövsümə Türkiyədə hazırlaşan "Sumqayıt" bu gün qardaş ölkədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədov yetirmələrinin gücünü "Bunyodkor"la (Özbəkistan) görüşdə sınayıb.
Görüş "Sumqayıt"ın minimal hesablı qələbəsiylə başa çatıb. Hesabı 33-cü dəqiqədə penaltidən yararlanan Məhəmməd Qurbanov açıb. Oyunun gedişində Özbəkistan klubu penaltidən yararlana bilməyib – 49-cu dəqiqə.
Bu oyundan öncə "Sumqayıt" İran təmsilçisi "Perspolis"lə qarşılaşmış və 2:3 hesablı məğlubiyyətlə üzləşmişdi.
Yoxlama oyunu
20 iyul
Sumqayıt – Bunyodkor – 1:0
"Sumqayıt"ın start onbirliyi: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Aqil Nəbiyev, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Ramazan Abassov, Tofiq Mikayılov, Məhəmməd Qurbanov.