Ölkə futbolu
“Rəvan” “Şahdağ”la “sülh bağladı”
"Rəvan” yeni mövsümə hazırlığın ilk mərhə…
"Rəvan” yeni mövsümə hazırlığın ilk mərhələsinə yekun vurub. Futbolinfo.az xəbər verir ki, "aslanlar” seleksiya xarakterli təlim-məşq toplanışına yoxlama matçı ilə nöqtə qoyublar.
Baş məşqçi Ramil Əliyev sərəncamında olan futbolçuları Qusarın "Şahdağ” klubu ilə görüşdə sınayıb. Paytaxt klubu ilk yarıda Əli Əliyev və Amil Yunanovun vurduğu qollarla önə keçsə də, qələbə hesabını qoruya bilməyib. "Bayıl Arena”da baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, bu oyundan sonra komanda istirahətə buraxılıb. "Rəvan” təlim-məşq toplanışının ikinci mərhələsinə iyulun 29-da start verəcək. (klub saytı)