Ölkə futbolu
“Lans” azarkeşləri ayağa qalxdı (FOTO)
Fransanın "Lans" klubunun azarkeşləri etiraz aksiyası ke…
Fransanın "Lans" klubunun azarkeşləri etiraz aksiyası keçiriblər. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu klubun fanatları bu komandanın Liqa 1-ə buraxılmamasına etirazlarını bildiriblər.
Aksiyada 800-ə yaxın tərəfdar iştirak edib. Aksiyaçılar klub prezidenti Jerve Martelə, eləcə də Hafiz Məmmədova etirazlarını bildiriblər.
“Lans”ın bu mövsüm üçün tərtib edilmiş büdcəsinin peşəkar liqanın maliyyə reqlamentinə uyğun olmadığı üçün klubu yüksək liqaya buraxmayıblar. Fransa Futbol Federasiyası bu qərarı qüvvədə saxlayıb.
“Lans”ın elitaya buraxılmamasının səbəbi kimi klubun əsas səhmdarı olan Hafiz Məmmədovun vəd etdiyi 10 milyon avronu hesaba köçürməməsi göstərilib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…