Ölkə futbolu
"Neftçi"nin rəqibi Sloveniya çempionatına qələbə ilə başladı
Futbol üzrə Sloveniya çempionatında yeni mövsü…
Futbol üzrə Sloveniya çempionatında yeni mövsümə start verilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Koper" ölkə çempionatının açılış turunda "Radomlje" ilə qarşılaşıb.
"Koper" bu komanda ilə səfərdə qarşılaşıb. Buna baxmayaraq, sözügedən komanda qələbə qazanmağı bacarıb – 2:1. "Koper"in qollarını İvetiçlə Ştromayer vurublar.
Qeyd edək ki, "Neftçi" və "Koper" arasında Bakıda keçirilmiş ilk oyunda Sloveniya təmsilçisi 2:1 hesabıyla üstün olmuşdu. Cavab görüşü iyulun 24-də keçiriləcək.