Dünya futbolu
Zanetti soyuldu
Karyerasını 19 il oynadığı “İnter”də başa vuran, d…
Karyerasını 19 il oynadığı “İnter”də başa vuran, daha sonra klubun vitse prezidenti kimi çalışan Xavyer Zanetti hücuma məruz qalıb. Futbolinfo.az xəbər verir ki, oğrular axşam saatlarında Zanettiyə və onun atasında hücum edib.
Axşam vaxt argentinalı futbolçu Buenos-Ayres şəhərində atası ilə birlikdə şirkətlərinə gedərkən bir neçə nəfər onlara yaxınlaşıb. Oğrular silahlı olub.Vitse prezidenti ölümlə hədələyən oğrular onlardan maşının açarlarını və üzərində olan qiymətli əşyaları tələb edib.
Xavyer Zanetti və onun atası isə oğruların istəyini yerinə yetirib. Zanetti polisə şikayət edib. Polis oğruların tapılması istiqamətində axtarışlara başlayıb.