Ölkə futbolu
Admir Teli: "İlk oyunda hər şey gözlədiyimiz kimi olmadı"
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Q…
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsi çərçivəsinin cavab qarşılaşmasında Malta "Valletta"sını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, oyundan bir gün əvvəl matçla bağlı mətbuat konfransı təşkil olunub.
Təşkil olunmuş mətbuat konfransında "Qarabağ"dan baş məşqçi Qurban Qurbanov və müdafiəçi Admir Teli iştirak edib. Qurban Qurbanov oyunla bağlı fikirlərini söylədikdən sonra, sabahkı oyunda komandanı meydana kapitan sarğısı ilə çıxaracaq Admir Teli bunları deyib:
"İlk oyunda yaxşı nəticə əldə etsək də, bu, hər şeyin həll olunması demək deyil. Uzun fasiləsdən sonra azarkeşlərin önündə oynayacağıq. İlk oyunda hər şey gözlədiyimiz kimi olmadı. Ancaq bu qarşılaşmanı unutmuşuq. Sabahkı oyun haqda düşünürük. Bizi qarşıda daha bir 90 dəqiqə gözləyir. Rəşad Sadıqov həqiqətən də təcrübəli futbolçudu. İstər Rəşad Sadıqovun, istərsə də Maksim Medvedevin olmaması bizim üçün itkidi. Buna baxmayaraq, biz kollektiv oyun sərgiləməyə çalışmalıyıq".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”