Bizi izləyin

Ölkə futbolu

"Qarabağ"ın ÇL macərası davam edir

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhə…

blank
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm son ölkə çempionu "Qarabağ" təmsil edir.
 
Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıdı. "Qarabağ"ın rəqibi Maltanın paytaxtı Valletta şəhərini təmsil edir. Malta Super Liqasında çıxış edən  bu klub 1904-cü ildə yaradılıb. Adalılar oyunlarını 17800 azarkeş tutumu olan "Ta Qali" stadionunda keçirirlər. Ağdam klubunun rəqibi 22 dəfə ölkə çempionu olmaqla yanaşı, 13 dəfə də Malta kubokunu başı üzərinə qaldırıb.
 
"Valletta" Maltanın avrokuboklarda ən böyük təcrübəyə malik klubu sayıla bilər. Bu komanda bütövlükdə 78 avrokubok matçına çıxıb. Onların yalnız 10-da qələbəyə sevinən maltalılar 12 görüşdə də heç-heçə ediblər və qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər. UEFA Kuboku (indiki Avroliqa) və İntertoto Kubokunda heç vaxt qələbə sevinci yaşamamış "Valletta"nın ÇL-dəki çıxışını daha uğurlu saymaq olar. Bu turnirdə keçirdiyi 34 matçın 7-də qalib gələn komanda 2 dəfə heç-heçə edib, 25 dəfə məğlub olub (bu mövsüm "Qarabağ"a qarşı keçirilmiş ilk oyun nəzərə alınmayıb).
 
Maraq üçün qeyd edək ki, nəinki "Valletta", ümumiyyətlə, Malta klubları heç vaxt Azərbaycan klubları ilə avrokuboklarda qarşılaşmayıb. Təbii ki, eynilə "Qarabağ"ın da bu ölkə təmsilçiləri ilə yolları kəsişməmişdi.
 
"Valleta" son mövsümdə 51 xalla ölkə çempionu olub. Çempion qızıl medalları ikinci yerdə qərarlaşmış "Birkirkara" komandasını 1 xal qabaqlamaqla qazanıb. "Valetta" son mövsümdə 32 oyunda 24 qələbə qazanıb, 5 oyunda isə heç-heçə edib. Ağdam klubunun rəqibi cəmi 3 oyunda məğlub olub. 32 oyunda rəqib qapılarına 74 dəfə yol tapan valettalılar öz qapısından 21 qol buraxıb.
 
Komandanı 40 yaşlı yerli mütəxəssis Gilbert Acius çalışdırır. Futbolçu karyerası zamanı da uzun müddət bu komandada çıxış etmiş gənc mütəxəssis 2012-ci ildən "Valletta"nın məşqçisi kimi çalışır. Bu ilin yayından isə o, komandaya baş məşqçi təyin olunub.
 
"Qarabağ"ın rəqibi heç də nəhəng komanda deyil. Bu üzdən də komandamızın "Valletta" səddini keçəcəyinə inam böyükdü. Amma təbii ki, həddən ziyadə arxayınlıq mənfi nəticələrə gətirib çıxara bilər. Buna görə də Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərini dəyərləndirməklə, cütün taleyini həll etməlidi. Maltada keçirilən ilk oyunda komandamız ələ düşən çoxsaylı qol epizodlarını dəyərləndirə bilsəydi, cavab matçı formal xarakter də daşıya bilərdi. Amma hər halda 1:0 hesablı qələbə də Ağdam klubunun favorit olduğunu göstərir. İndi sadəcə, cavab görüşündə Maltada başlanılmış işi başa çatdırmaq qalır. Cavab görüşünün Bakıda olması da Ağdam klubunun əsas üstünlüklərindəndi. Belədə "Qarabağ"ın bu şansı əldən qaçırması bağışlanmaz olar.
 
Ağdam klubu bu mövsüm nəhayət qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadı. Vaxtilə "Neftçi"nin imza atdığı belə bir uğura Çempionlar Liqasında nail olmaq çətin olsa da, ən azı Avroliqanın qruplarına düşmək mümkündü. Bir neçə dəfə qrup mərhələsinin astanasında dayanan "Qarabağ"dan bu mövsüm gözləntilər çox yüksəkdi. Bu mənada komandamızın yeni avrokubok mövsümünə uğurla start verməsi önəmlidi. Yeri gəlmişkən, artıq ÇL-in üçüncü təsnifat mərhələsindəki rəqib də bəllidi. "Valletta" – "Qarabağ" cütünün qalibi Avstriya "Zalsburq"u ilə qarşılaşacaq.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.875 reytinq xalı var. Bunun 1.000 xalı cari mövsümdə qazanılıb ("İnter" – 0.750, "Qarabağ" – 0.250). "Qarabağ" özü isə 6.975 xalla klub sıralamasında Avropanın 197-ci komandasıdı. "Valletta" da 4.841 reytinq xalı ilə 257-cidi.

 
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
22 iyul
 
21:30. Qarabağ – Valletta
Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).
UEFA nümayəndəsi: Adrian İxari (Makedoniya).
Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:0.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm