Ölkə futbolu
"Sumqayıt" "Dinamo" ilə oyuna hazırdı (FOTOREPORTAJ)
Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırla?…
Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır.
Heyətdə zədəli futbolçu yoxdu. "Sumqayıt" bu gün növbəti yoxlama oyununa çıxacaq. Komanda Batumi "Dinamo"su ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlmişdi. (klub saytı)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”