Dünya futbolu
Mendeş daha 2 il Madriddə
Madrid "Atletiko"sunun təcrübəli futbolçusu Ti…
Madrid "Atletiko"sunun təcrübəli futbolçusu Tiaqo Mendeş klubla müqavilə müddətini daha 2 il uzadıb. Futbolinfo.az xəbər verir ki, bu yay bir neçə ulduz oyunçusunu satan paytaxt təmsilçisi Tiaqonu əldən buraxmaq istəmir.
Futbolçu imza mərasiminin ardınca fikirlərini mətbuatla bölüşüb: "Klub mənə müqavilə müddətini uzatmağı təklif etdi. Ötən mövsüm elədiklərimizlə fəxr edirəm. Ancaq nəyisə dəyişməyin lazım olduğunu düşünürdüm. Bütün bunları aydınlaşdırmaq üçün özümə vaxt ayırdım. Sonda qərara aldım ki, ən məntiqli və yalnış olmayan variant "Atletiko"du. Baş məşqçi qapıları mənim üçün həmişə açıq saxlayırdı. İndi mən buraya qayıtdığım üçün çox şadam. Komandaya karyeramı burada davam etdirmək imkanı yaratdıqları üçün təşəkkür edirəm, əlimdən gələni edəcəyəm".
Daha öncə mətbuatda Mendeşin "Valensiya"ya transfer olacağ yönündə xəbərlər yayılmışdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…