Ölkə futbolu
"Sumqayıt" "Dinamo" ilə heç-heçə etdi (FOTOLAR)
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 2014/15 mövs&u…
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyədə növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Batumi "Dinamo"su ilə qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Məhəmməd Qurbanov bu qarşılaşmada dubl edib. 22 yaşlı futbolçu hər iki topu penaltidən vurub.
Xatırladaq ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada isə Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlmişdi.
"Sumqayıt"ın start onbirliyi: Andrey Popoviç, Ruslan Poladov, Vurğun Hüseynov, Aqil Nəbiyev, Nodar Məmmədov, Tagim Novruzov, Tərzin Cahangirov, Təvəkkül Məmmədov, Orxan Əliyev, Tofiq Mikayılov, Məhəmməd Qurbanov. (klub saytı)