Ölkə futbolu
Abdulbari Gözəl: "Tez-tez Ağdama gedə bilməyəcəyik"
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Q…
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" ikinci təsnifat mərhələsinin cavab oyununda səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Malta "Valletta"sını bu dəfə evdə darmadağın etdi. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz rəqibinə 4 cavabsız top vuraraq növbəti mərhələdə Avstriya "Zalsburq"una rəqib oldu.
"Qarabağ" – "Valletta" matçını stadiondan canlı izləyən Ağdam klubunun prezidenti Abdulbari Gözəl oyundan sonra jurnalistlərin suallarını cavablandırdı. "Azərsun Holdinq"in rəhbəri müsahibə zamanı bir sıra maraqlı məqamlara aydınlıq gətirib. Abdulbari bəy çempionluq kubokunun Ağdama aparılmaması məsələsinə də toxunub. Amma o, sualı "Qarabağ"ın Ağdama aparılması kimi başa düşdüyündən fərqli cavab verib.