Dünya futbolu
“Barsa” daha bir hücumçu ilə vidalaşdı
"Barselona" daha bir hücumçusu ilə vidalaşıb….
"Barselona" daha bir hücumçusu ilə vidalaşıb. Futbolinfo.az xəbər verir ki, bu yay Aleksis Sançesi “Arsenal”a satan komanda Boyan Krkiçi də İngiltərə Premyer Liqasına göndərib.
"Stok Siti" katalon forvardı heyətinə qatıb. Bunun üçün ingilis klubu cəmi 2 milyon avro ziyana düşüb.
Əgər Boyan daha sonra başqa bir kluba satılarsa, "Barsa” bundan da faiz əldə edəcək. 23 yaşlı futbolçunun "Stok Siti"lə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub.
Xatırladaq ki, Krkiç geridə qalan mövsümü icarə əsasında "Ayaks"da keçirmişdi.