Dünya futbolu
“Şaxtyor” Donetskdən köçdü
Ukraynanın "Şaxtyor" klubu ölkədəki siyasi vəziyy?…
Ukraynanın "Şaxtyor" klubu ölkədəki siyasi vəziyyətlə əlaqədar Donetskdən ayrılıb. Futbolinfo.az xəbər verir ki, komanda ev oyunlarını "Donbas Arena”da yox, Lvov şəhər stadionunda keçirəcək. "şaxtaçılar" Kiyevdə qalacaq və məşq edəcək, bütün ev oyunları isə Lvovda baş tutacaq.
Komandanın baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasında da rəqiblərini elə Lvovda qəbul etməyə qərar verdiklərini açıqlayıb.
Daha öncə "Şaxtyor"un ev oyunlarını Xarkovda keçirməsi gündəmdə idi.