Ölkə futbolu
DÇ-2014-ün rəmzi “11-liy”i müəyyənləşdi
FİFA rəsmi saytı vasitəsi ilə DÇ-2014-ün simvolik yı…
FİFA rəsmi saytı vasitəsi ilə DÇ-2014-ün simvolik yığmasını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu “11-lik”də mundialın çempionu Almaniya və ev sahibi Braziliya yığmasını üzvlərinə üstünlük verib.
Bu komandalar hərəyə 4 futbolçu ilə təmsil olunub. Digər 3 futbolçunun ikisi finalçı Argentina, 1 oyunçu isə Kolumbiya yığmasının üzvüdü. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv isə elə rəmzi komandanın da baş məşqçisi seçilib.
Qapıçı: Manuel Noyer (Almaniya)
Müdafiəçilər: David Luiz, Marselo, Tiaqo Silva (hər üçü Braziliya), Mats Hummels (Almaniya)
Yarımmüdafiəçilər: Anhel di Mariya (Argentina), Xames Rodriqes (Kolumbiya), Toni Kroos (Almaniya)
Hücumçular: Lionel Messi (Argentina), Tomas Müller (Almaniya), Neymar (Braziliya)
Baş məşqçi: Yoahim Löv (Almaniya)