Ölkə futbolu
Kaxaber Sxadadze: "Daha inamlı və aqressiv oynamalıyıq"
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Avropa Li…
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək İsveç "Elfsborq"u ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, gürcüstanlı mütəxəsiss bu gün keçirilən oyunöncəsi mətbuat konfransında bu sözləri deyib:
"Öncə "Qarabağ"ı dünənki qələbə münasibətilə təbrik edirəm. Onlara növbəti mərhələdə uğurlar arzulayıram. Biz səfərdə yaxşı oyun göstərib, inamlı qələbə qazandıq. İndi əlimizə yaxşı şans düşüb ki, növbəti mərhələyə adlayaq. Bunun üçün sabahkı matçda əvvəlki kimi inamlı oyun göstərməliyik. Onu da qeyd etmək istəyirəm ki, biz evdə oynayırıq. Buna görə də inamlı, aqressiv çıxış etməliyik. Rəqib güclü hücumlar təşkil edə bilir. Bu səbəbdən də, onları öz cərimə meydançamızdan uzaq saxlamalıyıq. Heyətə gəldikdə isə, ciddi dəyişiklik gözlənilmir. İlk oyunla müqayisədə heç bir dəyişiklik olmaması da mümükündü. Azərbaycan futbolu inkişaf edir. "Qarabağ"ın oyununda da gördük ki, azarkeşlərin oyunlara böyük marağı var. Mən istərdim ki, hər üç komandamız avrokuboklarda mərhələ adlasın".
Sxadadze komandada yeni transferlərin gözlənilmədiyini qeyd edib: "Yeni transfer etməməyimizin çoxlu səbəbləri var və bunu da burada açıqlamaq istəmirəm. Təbi ki, komandanın güclənməyə ehtiyacı var. Onu da qeyd edim ki, sabahkı oyun üçün komandaya əvəzedici heyətdən iki futbolu gətirmişik".
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”