Bizi izləyin

Ölkə futbolu

"İnter"lə "Neftçi" Avropa Liqasında növbəti sınağına çıxır

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ca…

blank
Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ikinci dərəcəli klub turnirində təmsil edən komandalar da növbəti sınaqlarına çıxacaqlar.
 
Təmsilçilərimizdən biri – "İnter" ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Debüt mövsümündə Bosniya və Herseqovina "Şiroki Briyeq"inə uduzan (0:2, 0:3) "Qəbələ"dən fərqli, "bankirlər" Moldova "Tiraspol"una hər iki oyunda qalib gələrək (3:2, 3:1) adını növbəti mərhələyə yazdırdı. "Neftçi" isə mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb.
 
"İnter" Avroliqaya Premyer Liqamızın gümüş, "Neftçi" isə kubokun sahibi kimi qatılıb. Hər iki klubumuz əvvəllər bir neçə dəfə qitə miqyaslı turnirlərdə iştirak etdiyindən müəyyən təcrübəyə malikdilər. "Neftçi" hətta Avroliqanın qrup mərhələsində iştirak təcrübəsinə də malikdi. İndi "Neftçi" həmin uğurunu təkrarlamaq, "İnter" isə ilk dəfə buna nail olmaq üçün mübarizə aparır.
 
"Bankirlər" bu mərhələdə daha güclü İsveç "Elfsborq"u ilə mübarizə aparır. 1904-cü ildə yaranan bu klubun indiki baş məşqçisi Klas İnqesson 2013-cü ildən bu vəzifədədi. "Sarı-qaralar" ev oyunlarını təmsil etdikləri şəhərin adını daşıyan və 17 800 azarkeş tutumu olan "Boras Arena"da keçirir. Ölkənin əsas çempionatı olan "Allsvenskan"da "Elfsborq" 5 dəfə (1935/36, 1938/39, 1939/40, 1961, 2006) qalib adını qazanıb, 6 dəfə isə (1942–43, 1943–44, 1944–45, 1965, 1977, 2008) çempionatın gümüş mükafatçısı olub. İsveçin ən titullu klublarından olan "sarı-qaralar" 5 dəfə finala çıxmaqlarına baxmayaraq, ancaq 2001 və 2003-cü illərdə ölkə kubokunu başı üzərinə qaldıra biliblər.
 
Komanda avrokuboklarda da uğurlu çıxışı ilə seçilir. 3 dəfə UEFA İntertoto Kubokunda finala çıxan isveçlilər 2 dəfə – 1980 və 2008-ci illərdə qalib olublar. İndiyə kimi, Çempionlar Liqasında 10 oyun keçirən komanda 4 qələbə qazanıb, 3 heç-heçə edib, eyni sayda da məğlubiyyət yaşayıb. Avropa Liqasında isə 104 matçda iştirak edən İsveç təmsilçisi 41 qələbə, 20 heç-heçə və 43 məğlubiyyətlə yadda qalıb. Bütövlükdə, bu komanda avrokuboklarda 114 oyun keçirib, 45 qələbə qazanıb, 23 heç-heçə edib, 46 oyunda isə uduzub. Bu oyunlarda 183 qol vuran "Elfsborq" öz qapısında 167 top görüb (statistikada "İnter"lə ilk oyunun nəticəsi nəzərə alınmayıb – red.). Ötən avrokuboklar mövsümündə Çempionlar Liqasında mübarizə aparan bu komanda Şotlandiya "Seltik"inə uduzaraq Avropa Liqasına düşüb. Avroliqanın pley-off mərhələsində Danimarka "Nordsyeland"ına qalib gələn komanda qrup mərhələsinə vəsiqə qazanıb. Belçika "Standard"ı, Avsriya "Zalsburq"u və Danimarka "Esbyerq"i ilə mübarizə aparan "Elfsborq" cəmi 4 xal toplamaqla yalnız belçikalıları qabaqlaya bilib.
 
"Elfsborq" Avropa Liqasına ölkə kubokunu qazanmaqla vəsiqə əldə edib. "İnter"in rəqibi kubokun finalında "Helsinborq"la qarşılaşmadakı minimal hesablı qələbə ilə kubokun sahibi olub. Komanda ölkə çempionatında ötən mövsümü 16 komanda arasında 6-cı yerdə tamamlayıb. Həmin mövsüm 30 oyun keçirən "sarı-qaralar" 12 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıblar. Rəqib qapılarına 49 top vuran komanda 34 qol buraxıb. Onu da bildirək ki, hazırda İsveç çempionatında yeni mövsüm davam edir və Klas İnqessonun yetirmələri 15 turdan sonra turnir cədvəlində 4-cü yeri tuturlar. Onlar 7 qələbə, 4 bərabərlik və 3 məğlubiyyət yaşayıblar. Rəqib qapılarına 21 top vuran komanda 13 qol buraxıb.
 
Son Azərbaycan kubokunun qalibi "Neftçi" isə Sloveniya təmsilçisi "Koper"lə mübarizə aparır. 1920-ci ildə yaranan kluba hazırda Ante Quberaç rəhbərlik edir. "Sarı-mavilər" matçlarını təmsil etdikləri şəhərin adını daşıyan və 4047 azarkeş tutumu olan "Bonifika" stadionunda keçirir. İtaliyalı Rodolfo Vanoli komandanın hazırkı baş məşqçisidi və 2012-ci ildən bu vəzifədədi. Ölkənin əsas çempionatı olan "Prava Liqa"da "Koper" 1 dəfə (2009/10) qalib adını qazanıb. 2 dəfə isə (2007/08, 2013/14) komanda çempionatın gümüş mükafatçısı olub. "Sarı-göylər" 2 dəfə – 2005/06, 2006/07 mövsümündə ölkə kubokunun qalibi olublar. Son mövsümdə bu komanda ölkə çempionatını ikinci pillədə başa vurub. 10 komandadan, dörd dövrədən ibarət çempionatda "Koper" yalnız çempion "Maribor"dan geri qalıb. Əsas rəqibindən 8 xal az toplayan "Neftçi"nin rəqibi 36 oyuna 21 qələbə ilə 69 xala malik olub. 6 görüşdə heç-heçə edib, 9 oyunda uduzan "Koper" rəqib qapılarından 52 top keçirib, öz qapısında 36 qol görüb. Artıq Sloveniyada yeni mövsümə də start verilib. "Koper" yeni mövsümün açılış turunda səfərdə "Radomlje" üzərində 2:1 hesablı qələbəyə sevinib.
 
Klubun avrokuboklardakı nəticələri də çox ürəkaçan deyil. Bu vaxta qədər 4 dəfə (2006/07, 2007/08, 2008/09, 2011/12) Avroliqanın birinci təsnifat mərhələsində mübarizə aparan komanda ancaq beşinci cəhdində, yəni bu mövsüm mərhələ adlaya bilib. Slovenyalılar Monteneqro "Çelik"ini üzərində qələbə (5:0, 4:0) qazanaraq, "Neftçi"yə rəqib olub. "Koper" 2010/11 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulan komanda Zaqreb "Dinamo"suna (Xorvatiya) məğlub olaraq (3:0, 1:5), ÇL-lə vidalaşıb.
 
Göründüyü kimi, təmsilçilərimizin rəqibləri sıradan komandalar deyil. Amma hər halda "Koper"lə "Elfsborq" Avropanın nəhənglərindən də sayılmır və işə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə hər iki rəqibi mübarizədən kənarlaşdırmaq olar. "İnter" səfər oyununda qazandığı minimal hesablı qələbə sayəsində böyük üstünlük əldə edib ki, bunu əldən verməsi istisna deyil. Bakıda hətta istənilən hesablı heç-heçə də komandamızı növbəti mərhələyə çıxaracaq. Amma təbii ki, səfərdə məğlub etdikləri rəqibə Bakıda da qalib gəlmək pis olmazdı. "Neftçi"nin vəziyyəti isə bir qədər çətindi. Ev oyununda 1:2 hesabıyla uduzan komanda indi cütün taleyinə çətin səfər oyununda aydınlıq gətirməlidi. Bu yolda Koperdəki oyunda ən azı iki qol vurmaq mütləqdi. Böyükağa Hacıyevin komandası eyni zamanda öz qapısını toxunulmaz saxlamağa da çalışmalıdı. Buna nail ola bilməyəcəkləri halda isə, daha çox qol vurmaqla qalib gəlmək lazım gələcək.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 10.125 reytinq xalı var. Bu mövsüm ölkəmizə 0.750 xalı "İnter", 0.500 xalı isə "Qarabağ" qazandırıb. Ümidvarıq ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.
 
"İnter" 4.525 xalla klub sıralamasında Avropanın 267-ci komandasıdı. "Neftçi" isə 7.525 reytinq xalı ilə 189-cudu. Rəqiblərə gəlincə, "Elfsborq" 9.965 xalla 143-cü, "Koper" də 3.900 xalla 289-cudu.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunları)
24 iyul
 
21:00. İnter – Elfsborq
Hakimlər: Stanislav Todorov, İvo Kolev, Martin Venev, Nikolay Yordanov (hamısı Bolqarıstan).
UEFA nümayəndəsi: Krauford Vilson (Şimali İrlandiya).
Hakim-inspektor: Qudmunder İnqi Yonsson (İslandiya).
Bakı. "Şəfa" stadionu.
İlk oyun – 1:0
 
23:30. Koper – Neftçi
Hakimlər: Benoyt Millot, Stefan Luzi, Kiril Sent Lompre, Sebastyan Moreyra (hamısı Fransa).
UEFA nümayəndəsi: Tormod Larsen (Norveç).
Hakim-inspektor: Alfredo Trentalange (İtaliya).
Koper. "Bonifika" stadionu.
İlk oyun – 2:1
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm