Dünya futbolu
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri bəlli oldu
UEFA Çempionlar Liqasının üçüncü təsni…
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, ötən gecə ikinci təsnifat mərhələsinə yekun vurulub və növbəti mərhələyə vəsiqə qazanan klublar müəyyənləşib.
Qeyd edək ki, növbəti mərhələdə mübarizə aparacaq komandalar arasında Azərbaycan çempionu "Qarabağ" da var. İkinci təsnifat mərhələsində Malta “Valletta”sını yolundan kənarlaşdıran (1:0, 4:0) Ağdam klubu növbəti mərhələdə Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşacaq.
Qardaş ölkənin nəhəng klublarından olan “Beşiktaş” Hollandiyanın güclü klublarından biri – “Feyenoord”la üz-üzə gələcək.
Üçüncü təsnifat mərhələsinin bütün cütlərini təqdim edirik:
Qarabağ (Azərbaycan) – Zalsburq (Avstriya)
Slovan (Slovakiya) – Şerif (Moldova)
Debretsen (Macarıstan) – BATE (Belarus)
Olborq (Danimarka) – Dinamo (Zaqreb, Xorvatiya)
HİK (Finlandiya) – APOEL (Kipr)
Aktobe (Qazaxıstan) – Styaua (Rumıniya)
Sparta (Çexiya) – Malmö (İsveç)
Legiya (Polşa) – Seltik (Şotlandiya)
Maribor (Sloveniya) – Makkabi (Təl-Əviv, İsrail)
Ludoqorets (Bolqarıstan) – Partizan (Serbiya)
AEL (Kipr) – Zenit (Rusiya)
Dnepr (Ukrayna) – Kopenhagen (Danimarka)
Feyenoord (Hollandiya) – Beşiktaş (Türkiyə)
Qrasshoppers (İsveçrə) – Lill (Fransa)
Standard (Belçika) – Panatinaikos (Yunanıstan)
Qeyd edək ki, ÇL-in üçüncü təsnifat mərhələsinin qarşılaşmaları 29-30 iyul və 5-6 avqust tarixlərində keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”