Ölkə futbolu
Matey Palçiç: “Nəyə qadir olduğumuzu sübut etmişik”
Sloveniya "Koper"inin futbolçusu Matey Palçi&c…
Sloveniya "Koper"inin futbolçusu Matey Palçiç Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi rəqibə hörmətlə yanaşdıqlarını bildirib:
“Neftçi” çox yaxşı komandadı və onlara yuxarıdan aşağı baxmamalıyıq. Lakin biz də nəyə qadir olduğumuzu sübut etmişik. Bizdən də güclü rəqiblər Bakıda məğlub olublar”.
Qeyd edək ki, “Koper” Bakıda baş tutan görüşdə təmsilçimizi 2:1 hesabı ilə məğlub edib. Sloveniyalıların ikinci qolunu Palçiç vurub.