Dünya futbolu
Qaray “Zenit”də
“Benfika”nın üzvü Esekiel Qaray komandanı tər…
“Benfika”nın üzvü Esekiel Qaray komandanı tərk edib. Futbolinfo.az xəbər verir ki, argentinalı futbolçu yeni komandası "Zenit"lə müqavilə imzalamaq üçün Sankt-Peterburqa gəlib. 27 yaşlı futbolçu bu gün tibbi yoxlanışdan keçib.
Argentinalı müdafiəçi cümə günündən etibarən Rusiya klubunun bazasında məşqlərə start verəcək.
Qaray "Zenit"ə "Benfika"dan 6 milyon avro müqabilində transfer edilib. O, DÇ-2014-də Argentinaın heyətində də yer almışdı.