Dünya futbolu
Osvaldo vətənə dönür
İngiltərənin “Sautqempton” klubunun hücumçu…
İngiltərənin “Sautqempton” klubunun hücumçusu Pablo Osvaldo vətəninə dönməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, forvard “İnter”ə keçməyə yaxındı.
“La Gazzetta dello Sport”a inansaq, artıq 28 yaşlı futbolçu “neradzurra”ya şəxsi müqaviləsini razılaşdırıb. Böyük ehtimalla keçid icarə əsasında baş tutacaq. Qeyd edək ki, “Sautqempton” forvardın intizamsızlığından narazıdı və onun komandanı tərk etməsinə çalışır. Ötən ilin yayında 15 milyon avro müqabilində “Roma”dan İngiltərə klubuna keçən Osvaldo ötən mövsümün ikinci hissəsini icarə əsasında “Yuventus”da keçirib.