Ölkə futbolu
Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları: bütün nəticələr
Ötən gün keçirilən qarşılaşmalarla Avropa Liqas?…
Ötən gün keçirilən qarşılaşmalarla Avropa Liqasında ikinci təsnifat mərhələsinə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, bu mərhələdə ölkəmizi iki komanda təmsil edirdi.
Bakı "İnter"i doğma meydanda İsveç təmsilçisi "Elfsborq"la üz-üzə gəldi və məğlubiyyətlə üzləşdi. 0:1 hesablı məğlubiyyət matçın penaltilərə qədər uzanmasına səbəb oldu ki, ilk oyunda oxşar hesabla üstün olmuş "bankirlər" onbirmetrlik zərbələr dəqiq yerinə yetirə bilmədiyi üçün mübarizəni dayandırdı – 3:4. Mübarizəyə bu mərhələdən qoşulan Azərbaycan Kubokunun qalibi "Neftçi" isə əksinə, ilk oyunda 1:2 hesabıyla uduzduğu Sloveniyanın "Koper" klubuna səfərdə 2 cavabsız qol vuraraq, adını növbəti mərhələyə yazdırdı.
İkinci mərhələdən mübarizəyə qoşulan Türkiyənin "Bursaspor" klubu "Çixura" (Gürcüstan) ilə səfər oyununda penaltilərlə uduzaraq, mübarizəni dayandırıb. Maraq üçün qeyd edək ki, "Neftçi" növbəti mərhələdə məhz "Çixura" ilə qarşılaşacaq.
"Qəbələ"ni Avroliqanın ilk təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış Bosniya və Herseqovina "Şiroki Briyeq"i bu mərhələdə məğlubiyyətlə üzləşib və mübarizəni dayandırıb. "İnter"i keçən "Elfsborq"un rəqibi isə "Neman"ı yenən "Hafnarfyordur" olub.
Avroliqanın ikinci təsnifat mərhələsinin cavab oyunlarında qeydə alınan bütün nəticələr belədi:
Avropa Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunları)
24 iyul
Jelezniçar (Bosniya) – Metallurq (Makedoniya) – 2:2 (0:0)
Şaxtyor (Qazaxıstan) – Atlantas (Litva) – 3:0 (0:0)
Hapoel (Beer Şeva, İsrail) – Split (Xorvatiya) – 0:0 (1:2)
MÜPA (Finlandiya) – Dinamo (Belarus) – 0:0 (0:3)
Hauqesun (Norveç) – Sarayevo (Bosniya və Herseqovina) – 1:3 (1:0)
Krasnodar (Rusiya) – Sillamae Kalev (Estoniya) – 5:0 (4:0)
İnter (Azərbaycan) – Elfsborq (İsveçrə) – 0:1 (1:0) (penaltilər 3:4)
Omoniya (Kipr) – Buduçnost (Çernoqoriya) – 0:0 (2:0)
AİK (İsveçrə) – Linfild (Şimali İrlandiya) – 2:0 (0:1)
Çixura (Gürcüstan) – Bursaspor (Türkiyə) – 0:0 (0:0) (penaltilər 4:1)
Esbyerq (Danimarka) – Kayrat (Qazaxıstan) – 1:0 (1:1)
Vaduts (Lixtenşteyn) – Rux (Polşa) – 0:0 (2:3)
Flamurtari (Albaniya) – Petrolul (Rumıniya) – 1:3 (0:2)
Qrodiq (Avstriya) – Çukariçki (Serbiya) – 1:2 (4:0)
Hapoel (Tel-Əviv, İsrail) – Astana (Qazaxıstan) – 1:0 (0:3)
Göteborq (İsveç) – Qyor (Macarıstan) – 0:1 (3:0)
Lex (Polşa) – Nomme Kalyu (Estoniya) – 3:0 (0:1)
Şaxtyor (Belarus) – Derri Siti (İrlandiya) – 5:1 (1:0)
Slovan (Çexiya) – Koşitse (Slovakiya) – 3:0 (1:0)
Tromse (Norveç) – Vikinqur (Farer adaları) – 1:2 (0:0)
Zimbru (Moldova) – ÇSKA (Bolqarıstan) – 0:0 (1:1)
Qroningen (Hollandiya) – Aberdin (Şotlandiya) – 1:2 (0:0)
Spartak (Slovakiya) – Zestafoni (Gürcüstan) – 3:0 (0:0)
Zarya (Ukrayna) – Laçi (Albaniya) – 2:1 (3:0)
Asteras (Yunanıstan) – Rops (Finlandiya) – 4:2 (1:1)
Voyvodina (Serbiya) – Trençin (Slovakiya) – 3:0 (0:4)
Slayqo Rovers (İrlandiya) – Rusenborq (Norveç) – 1:3 (2:1)
Zavişa (Polşa) – Sulte Varegem (Belçika) – 1:3 (1:2)
Hayduk (Xorvatiya) – Dandalk (İrlandiya) – 1:2 (2:0)
Dyoşdyor (Macarıstan) – Liteks (Bolqarıstan) – 1:2 (2:0)
Dyoşdyor (Macarıstan) – Liteks (Bolqarıstan) – 1:2 (2:0)
Koper (Sloveniya) – Neftçi (Azərbaycan) – 0:2 (2:1)
Ferençvaroş (Macarıstan) – Riyeka (Xorvatiya) – 1:2 (0:1)
Yaqodina (Serbiya) – ÇFR Kluj (Rumıniya) – 0:1 (0:0)
Qoriça (Sloveniya) – Molde (Norveç) – 1:1 (1:4)
Şiroki Briyeq (Bosniya) – Mlada Boleslav (Çexiya) – 0:4 (1:2)
Kruzeyders (Şimali İrlandiya) – Brommapoykarna (İsveç) – 1:1 (0:4)
Sent Conson (Şotlandiya) – Lütsern (İsveçrə) – 1:1 (1:1) (penaltilər 5:4)
Pölten (Avstriya) – Botev (Bolqarıstan) – 2:0 (1:2)
Hafnarfyordur (İslandiya) – Neman (Belarus) – 2:0 (1:1)
Styarnan (İslandiya) – Motervell (Şotlandiya) – 3:2 (2:2)
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”