Ölkə futbolu
"Zalsburq" – "Qarabağ": Cavab matçının da başlama vaxtı bəllidi
UEFA Çempionlar Liqasının üçüncü təsni…
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" Avstriya "Zalsburq"u ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu komandalar arasında baş tutacaq cavab qarşılaşmasının da vaxtı bəlli olub.
Belə ki, avqustun 6-da "Zalsburq" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:30-da başlayacaq.
Bu komandalar arasındakı ilk görüş isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin matç yerli vaxtla 20:30-da start götürəcək.