Ölkə futbolu
Hakimlərimiz qayıtdı
Premyer Liqada yaranan fasilədən istifadə edən hakimlərimiz Polş…
Premyer Liqada yaranan fasilədən istifadə edən hakimlərimiz Polşaya təlim-məşq toplanışına yollanmışdı. Futbolinfo.az xəbər verir ki, ədalət təmsilçiləri artıq hazırlığı başa vuraraq vətənə qayıdıblar.
İyulun 10-dan 25-dək Polşada nəzərdə tutulmuş təlim-məşq toplanışında hakimlər bir neçə yoxlama matçını da idarə ediblər. Onlar ötən gecə Varşava-İstanbul reysindən istifadə edərək saat 2-də paytaxta eniblər.
Qeyd edək ki, Rauf Cabbarov və Ramil Əhmədov şəxsi işlərinə görə, Vüsal Əliyev isə səhhətində yaranan problemlərə görə bu toplanışda iştirak etməmişdi.