Ölkə futbolu
Premyer Liqamızın debütantı məğlubiyyətlə başladı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, Ərzurumda təlim-məşq toplanışını dava…
Xəbər verdiyimiz kimi, Ərzurumda təlim-məşq toplanışını davam etdirən "Araz Naxçıvan" ilk yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, rəqib ötən mövsüm Türkiyə Super Liqasına yüksəlmək uğrunda pley-off-un finalına kimi yüksələn "Samsunspor" olub.
İlk hissədə əsas heyətlə meydana çıxan "qırmızı-ağlar" 27-ci dəqiqədə hesabı açıb. Ramal Hüseynovun başladığı hücumu Azər Məmmədov davam etdirib. Onun sağ cinahdan asmasını David başla qapıdan keçirib – 1:0. Bundan sonra komanda hesabı artırmağa yaxın olub. Tərlan Xəlilovun mükəmməl zərbəsi qapı dirəyinə tuş gəlib.
İkinci hissədə isə Əsgər Abdullayev heyəti tam olaraq dəyişdirib. Əvvəlcə, 58-ci dəqiqədə Fatih Kılıçkaya "status-kvo"nu bərpa edib – 1:1. 7 dəqiqə sonra Ercan Yazıcı türk klubuna qələbə qazandıran qola imza atıb.
"Araz Naxçıvan" oyuna bu heyətlə başlayıb: 1. Elçin Sadıqov, 20. Ruslan Zamanov, 16. Emin Cəfərquliyev, 6. Mikayıl Rəhimov, 4. Azər Məmmədov, 5. Ramal Hüseynov, 13. Budaq Nəsirov, 19. Tərlan Xəlilov, 8. Qərib İbrahimov, 21. David Canıyev, 17. Bəxtiyar Soltanov.
Qeyd edək ki, "Araz Naxçıvan" növbəti matçını sabah keçirəcək. Rəqib isə "Tarsus İdman Yurdu" klubudu. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı