Ölkə futbolu
"Azərbaycandakı peşəkar futbolun səviyyəsi çox aşağıdı"
Bakı “İnter”inin sabiq futbolçusu Peter Çr…
Bakı “İnter”inin sabiq futbolçusu Peter Çrappan Azərbaycan Premyer Liqasındakı karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, Almaniya mətbuatına danışan 29 yaşlı müdafiəçi ölkəmizdəki həyat şəraitindən gileylənib.
“Həmişə xarici ölkələrdə çıxış etməyi xoşlamışam. Azərbaycanın paytaxtı Bakıda da olmuşam. Oradakı peşəkar futbolun səviyyəsi çox aşağıdır. Hələ yeni-yeni inkişaf edir. Hər tərəfdə yeni yerlər… Amma həyat şəraiti çox çətindi”.
Qeyd edək ki, 2011-2012 mövsümündə “İnter”in formasını geyən çexoslovakiyalı futbolçu bir neçə gün öncə Almaniya aşağı divizionunda çıxış edən “Saarbryukken” klubu ilə müqavilə imzalayıb.