Ölkə futbolu
"İnter"in Bolqarıstan toplanışı başa çatır
Məlum olduğu kimi, hazırda "İnter"in əvəzedici komanda…
Məlum olduğu kimi, hazırda "İnter"in əvəzedici komandası Bolqarıstanda təlim-məşq toplanışındadı. Futbolinfo.az xəbər verir ki, iyulun 15-də etibarən Varnanın Qızılqum adasındakı "Sport Palace" otelində məskunlaşan "bankirlər" gündə iki dəfə məşq edir.
"İnter"in toplanışı ayın 31-nə kimi davam edəcək. Komanda Bolqarıstan toplanışı çərçivəsində artıq hər 3 yoxlama görüşünü keçirib. İyulun 19-da "Spartak" klubunun (Varna, Bolqarıstan) əvəzediciləri ilə qarşılaşan "İnter" 5:0 hesabıyla qalib gəlmişdi. Qolları isə Ülvi İbazadə, İlkin Sadıqov (2) və Mirsahib Abbasov (2) vurmuşdular. Ayın 23-də "Suvorovo" ilə üz-üzə gələn "bankirlər" 1:3 hesabıyla məğlub olmuşdular. Təsəlli qolunu Rəsul Babazadə vurmuşdu. İyulun 26-da isə "İnter" Serbiyanın "Novi-Pazar" klubunun əvəzediciləri ilə sülh bağlayıb – 1:1. Yeganə qolu İlkin Sadıqov vurub.
Əlavə edək ki, yeni mövsümün ilk turunda "İnter" doğma divarlar arasında "Qəbələ" komandasıyla üz-üzə gələcək. (klub saytı)
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq