Ölkə futbolu
“İndi “Barselona” məni dəvət etsə, oynayaram" – FUTPOLitika
Ramin Dekonun təqdimatında olan “FUTPOLitika” layihəsin…
Ramin Dekonun təqdimatında olan “FUTPOLitika” layihəsinin növbəti qonağı deputat Zahid Orucdu. Futbolinfo.az müsahibədən kiçik bir hissəni təqdim edir.
Müsahibənin tam mətnini avqustun 1-də www.futbolinfo.az-dan oxuya bilərsiz.
– Hansısa klubda oynamaq üçün sizə təkliflər gəlib?
– Təkliflər müxtəlif dövrlərdə çox olub. İndi “Barselona” məni dəvət etsə, oynayaram.
– Deyirlər ki, Zahid Orucun karyerasında heç zaman “qızıl dövr” olmayıb və bundan sonra da olmayacaq.
– Hər mövqenin yaşarlı olmağa hüququ var. Ancaq birmənalı söyləyirəm ki, futbolu mənim qədər yaxşı oynayan bir-iki nəfər ola bilər.
– Fəzail Ağamalıdan təklif gəlsə, onunla yenə eyni komandada oynayarsız?
– Məncə, önəmlisi ideyadı, əqidədi. Hər kəsin özünün yeri, missiyası var. Önyarğılı deyiləm və keçmişin qərəzlə təftişinə də razı ola bilmərəm. Hər kəs dünyada da, yaşıl meydanda da öz yerini tutur, başqasının yox. Ona görə də rəqibə qarşı birgə olmaqda heç kəslə problemim yoxdur.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza