Ölkə futbolu
Adolf Hütter: "Hazırda mənə "Qarabağ" yox, öz komandam maraqlıdı"
Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adol…
Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adolf Hütter UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" yaxşı motivasiya olunmuş bir komandadı. Sona qədər mübarizə aparmağı bacarırlar. Azarkeşləri də möhtəşəmdi. Braziliyalılar yaxşı oyun göstərir. Ancaq təkcə onları fərqləndirmək istəməzdim. Kifayət qədər güclü futbolçuları var. "Qarabağ" yaxşı futbol oynamağı bacarır. Bizə gəldiksə isə, öz oyunumuzu göstərməyə çalışacağıq. Stadionda atmosfer də fərqli olacaq, lakin bu, bizim oyunumuza təsir etməyəcək. Biz həkimlərlərlə məsləhətləşdikdən sonra qərara aldıq ki, Bakıya gec səfər edək. Yatmaq, qida və digər amilləri nəzərə aldıq. Bu, komandamıza heç də mənfi təsir etməyəcək. Hazırda məni "Qarabağ" yox, öz komandam maraqlandırır. İki futbolçunun xidmətindən istifadə edə bilməyəcəm. Ancaq yetərincə futbolçumuz var və onlar da bu boşluğu aradan qaldıracaq. Komandada fərdi ustalıqdan daha çox, futbolçuların hansı durumda olması önəmlidi. Komandamda hər kəs özünə güvənir".