Bizi izləyin

Ölkə futbolu

"Qarabağ" üçün tarixi şans

Bu gün UEFA Çempionlar Liqasında üçünc&u…

blank
Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi – son ölkə çempionu "Qarabağ" da növbəti sınağına çıxacaq.
Xatırladaq ki, Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Bu mərhələdə isə təmsilçimizi Avstriya "Zalsburq"u ilə çətin sınaq gözləyir. Bu komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlaması da rəqibin necə ciddi klub olmasından xəbər verir.
 
“Zalsburq” klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.
 
“Zalsburq”qun prezidenti yunanıstanlı Yorqos Esplandatkulosdu. Hazırda “qırmızı-ağlar”ı yerli mütəxəssis Adolf Hütter çalışdırır. "Qrodiq"in sabiq baş məşqçisi bu posta 2014-cü ildə gətirilib. O, Almaniyanın "Bayer" klubundan aldığı təklifə yox deyə bilməyən Rocer Şmidti əvəzləyib.
 
Eyniadlı şəhəri təmsil edən “Zalsburq” ölkənin ən güclü klublarındandı. “Qırmızı-ağlar” ölkənin ən yüksək liqası – Avstriya Bundesliqasında çıxış edir. Komanda 8 dəfə (1993/94, 1994/95, 1996/97, 2006/07, 2008/09, 2009/10, 2011/12, 2013/14) Bundesliqa çempionu olub. 6 dəfə gümüş medalla kifayətlənən bu komanda bir dəfə də bürünc medallara sahib çıxıb. Ümumilikdə 6 dəfə Avstriya Kubokunun finalına vəsiqə qazanan “buğalar” ancaq 2012 və 2014-cü illərədə qalib adını qazanıblar. Onlar həmçinin 3 dəfə də (1994, 1995, 1997) Avstriya Superkubokunun qalibi olublar.
 
10 komandanın mübarizə apardığı Avstriya Bundesliqasında ötən mövsümü çempion tamamlayan “Zalsburq” 36 oyunda 80 xal toplayıb və ən yaxın təqibçisi “Rapid”i 18 xal qabaqlayıb. Mövsümü 25 qalibiyyət, 5 heç-heçə, 6 məğlubiyyətlə başa vuran “buğalar” rəqib qapılarından 110 (!) top keçirib, 35 qol buraxıb. Komandanın ən yaxın təqibçisi “Rapid” isə mövsümü 62 xalla başa vurub. Çempion komandanın ən məhsuldar futbolçusu Conatan Soriano olub. İspaniyalı hücumçu 31 qolla 2013/14 mövsümünün bombardiri olub. Maraqlıdı ki, onun əsas izləyicisi elə öz komanda yoldaşı – Alandı – 26 qol. “Zalsburq”un avrokuboklarda da böyük təcrübəsi və uğurları var. Elə komandanın 1993/93 mövsümündə indi Avropa Liqası adlanan UEFA Kubokunda finalda oynamasını xatırlatmaq yetərlidi. Həmin mövsüm "Zalsburq" İtaliya "İnter"i ilə final oyunlarından məğlub (0:1, 0:1) ayrılıb.
 
Göründüyü kimi, "Valletta"dan fərqli, "Qarabağ"ın budəfəki rəqibi nəhəng klub təsiri bağışlayır. Bu üzdən də komandamızın "Zalsburq" səddini keçmək üçün daha böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Cavab matçının səfərdə keçirilməsi avstriyalılara sərf edir. Bu üzdən komandamız bütün gücünü ilk oyuna qoyub, sərfəli nəticə qazanması lazımdı. Belə olan halda Zalsburqa bir qədər rahat yollanmaq olar.
 
Maraq üçün qeyd edək ki, Ağdam klubu bu mövsüm nəhayət qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadı. Vaxtilə "Neftçi"nin imza atdığı belə bir uğura Çempionlar Liqasında nail olmaq çətin olsa da, ən azı Avroliqanın qruplarına düşmək mümkündü. Bir neçə dəfə qrup mərhələsinin astanasında dayanan "Qarabağ"dan bu mövsüm gözləntilər çox yüksəkdi. "Valletta"dan sonra "Zalsburq"u da keçməsi, Ağdam klubuna çöx böyük imkanlar yaradacaq. Belə ki, təmsilçimiz buna nail olsa, ÇL-in pley-off mərhələsi ilə yanaşı, həm də Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin edəcək. Yəni ÇL-dəki növbəti oyunlarından məğlub da ayrılsa, Azərbaycan çempionu mübarizəni Avroliqada davam etdirmək şansı qazanacaq. Özü də "Qarabağ" avrokuboklarda belə bir uğur qazanan, yəni ÇL-in pley-off mərhələsinə qədər irəliləyən, Avroliqanın qrup mərhələsinə vəsiqəni bu turnirin təsnifat və pley-off mərhələsində oynamadan əldə edən ilk komandamız olacaq. Bu üzdən "Qarabağ" belə bir tarixi şansı əldən qaçırmamalıdı.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 10.375 reytinq xalı var. Bunun 1.500 xalı cari mövsümdə qazanılıb ("İnter" – 0.750, "Qarabağ" – 0.500, "Neftçi" – 0.250). "Qarabağ" özü 7.575 xalla klub sıralamasında Avropanın 192-ci komandasıdı. "Zalsburq" isə 32.910 reytinq xalı ilə 54-cüdü.
 
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
30 iyul
 
20:30. Qarabağ – Zalsburq
Hakimlər: Sergey Boyko, Aleksandr Voytyuk, Oleq Pluznyuk, Anatoli Abdula (Ukrayna).
UEFA nümayəndəsi: Oğuz Sarvan (Türkiyə).
Hakim-inspektor: Kuanış Kanapyanov (Qazaxıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm