Ölkə futbolu
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi start götürdü
UEFA Çempionlar Liqasının üçüncü təsni…
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gecə üç qarşılaşma baş tutub.
Qeydə alınan nəticələrlə aşağıda tanış ola bilərsiz.
Qeyd edək ki, bu mərhələdə mübarizə aparan komandalar arasında Azərbaycan çempionu "Qarabağ" da var. İkinci təsnifat mərhələsində Malta “Valletta”sını yolundan kənarlaşdıran (1:0, 4:0) Ağdam klubu bu dəfə Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşacaq. İlk oyun bu gün Bakıda keçiriləcək.
Qardaş ölkə təmsilçisi “Beşiktaş” isə Hollandiyanın güclü klublarından biri – “Feyenoord”la üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyunlar)
29 iyul
Sparta (Çexiya) – Malmö (İsveç) – 4:2
Slovan (Slovakiya) – Şerif (Moldova) – 2:1
Debretsen (Macarıstan) – BATE (Belarus) – 1:0
30 iyul
Aktobe (Qazaxıstan) – Styaua (Rumıniya)
Qarabağ (Azərbaycan) – Zalsburq (Avstriya)
HİK (Finlandiya) – APOEL (Kipr)
AEL (Kipr) – Zenit (Rusiya)
Dnepr (Ukrayna) – Kopenhagen (Danimarka)
Qrasshoppers (İsveçrə) – Lill (Fransa)
Standard (Belçika) – Panatinaikos (Yunanıstan)
Feyenoord (Hollandiya) – Beşiktaş (Türkiyə)
Ludoqorets (Bolqarıstan) – Partizan (Serbiya)
Olborq (Danimarka) – Dinamo (Zaqreb, Xorvatiya)
Maribor (Sloveniya) – Makkabi (Təl-Əviv, İsrail)
Legiya (Polşa) – Seltik (Şotlandiya)
Qeyd edək ki, ÇL-in üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları 5-6 avqust tarixlərində keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”