Ölkə futbolu
Berti Foqts "Qarabağ" və "Neftçi"nin avrokubok oyunlarını izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UE…
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Zaltsburq" oyununu canlı izləyəcək. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində sabah keçiriləcək "Neftçi" – "Çixura" qarşılaşmasını da izləyəcək. (AFFA)