Ölkə futbolu
Hinteregger: "Qarabağ"ı yaxşı təhlil etmişik"
Avstriya “Zalsburq”unun futbolçusu Martin Hinteregg…
Avstriya “Zalsburq”unun futbolçusu Martin Hinteregger Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk matçı öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 21 yaşlı müdafiəçi bu sözləri deyib:
“Baş məşqçimiz rəqibin oyununu canlı izləyib. Onları yaxşı təhlil etmişik. Biz bilirik ki, “Qarabağ” böyük ehtimalla, meydandanda bizdən zəif görünməməyə, əksinə bizimlə baş-başa mübarizə aparmağa çalışacaq. Bu da bizim üçün yaxşı deyil. Ona görə də, hücum və pressinqlərimizdən məharətlə istifadə etməliyik. Uzun yol qət etmişik və bura ilə aramızda saat fərqi var. Amma biz peşəkarıq”.