Dünya futbolu
Ronaldinyo Rusiyanı istəyir
"Atletiko Mineyro"dan qovulan Ronaldinyo özünə ye…
"Atletiko Mineyro"dan qovulan Ronaldinyo özünə yeni klub axtarır. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını Rusiya Premyer Liqasında davam etdirməyə yaxındı.
Bu barədə braziliyalı futbolçunun həm qardaşı, həm də meneceri olan Roberto Di Assis məlumat verib: "Ronaldinyo oynamaq istəyir. Buna görə əgər Rusiyada maraqlı layihə varsa, o, əlbəttə, məmnuniyyətlə bu təklifə baxacaq.
Rusiya – əla ölkədi və orada oynamaq maraqlı olardı. Ancaq hazırda biz nə Rusiyadan, nə də başqa ölkədən təklif almışıq. Ronaldinyo öz gələcəyi ilə bağlı yaxın günlərdə qərar verəcək".