Dünya futbolu
“Real”ın oyunu qalmaqala döndü (VİDEO)
ABŞ-da keçirilən Beynəlxalq Çempionlar Kuboku ç…
ABŞ-da keçirilən Beynəlxalq Çempionlar Kuboku çərçivəsində oynanılan "Real" – "Roma" görüşündə maraqlı anlar yaşanıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan öncə Pepe və Keyta arasında gərginlik yaşanıb.
Keyta öncə Pepenin əlini sıxmaqdan imtina edib, daha sonra isə portuqaliyalıya su butulkası atıb.
2011-ci ildə malili futbolçu hələ "Barselona"da oynayarkən Pepe ona meymun demişdi və ötən gecə baş verənlərin səbəblərindən biri kimi məhz 3 il əvvəlki hadisə göstərilir.
Bundan başqa qarşılaşmanın son anlarında ümumilikdə 30-a yaxın azarkeş meydana daxil olub. Stadion mühafizəçiləri onların qarşısını çətinliklə ala biliblər.
Hər iki görüntünü təqdim edirik.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…