Dünya futbolu
Baş məşqçi Neymarın saçını rəngləməsinə qadağa qoydu
Braziliya yığmasının yeni baş məşqçisi Dunqa sərt a&cce…
Braziliya yığmasının yeni baş məşqçisi Dunqa sərt açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, o, artıq Braziliya millisinin Neymardan asılı olmayacağını diqqətə çatdırıb:
"Neymar komandaya oynayacaq, komanda Neymara yox! Millinin düşərgəsində olanda heç bir futbolçuya saçlarını rəngləməsinə imkan verməyəcəyəm. Milliyə gələnədək, düşərgədən ayrıldıqdan sonra nə etdiklərini özləri bilərlər. Yığmada isə futbol haqda düşünmək lazımdı. Neymar beysbolkada da gələ bilər, kepkasız da. Ancaq baş örtüyü olacaqsa, bu, Braziliya yığmasına aid əşya olmalıdır! Biz meydanda baş verənlər barəsində düşünməliyik".
Qeyd edək ki, son dünya çempionatında Braziliya yığması 4-cü yeri tutub.