Ölkə futbolu
"Cütün taleyini evdə həll edəcəyik"
Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi&quo…
Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" üçüncü təsnifat mərhələsində sabah Gürcüstanın “Çixura” klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, qarşıalşamadan bir gün öncə mətbuat konfransı təşkil olunub.
Mətbuat konfransında iştirak edən "ağ-qaralar"ın gənc üzvü Samir Məsimov baş tutacaq oyunla bağlı fikirlərini bildirib:
"Çixura" ilə oyun bizim üçün asan olmayacaq. Onlarla təlim-məşq toplanışında iki dəfə qarşılaşmışıq. İlk oyunda məğlub olsaq da, ikinci qarşılaşmada heç-heçə etmişdik. Sona qədər mübarizə aparan komandadı. Sabahkı oyunda bizim üçün əsas olan qol buraxmamaqdı. Cütün taleyini evdə həll edəcəyik".