Ölkə futbolu
Şenol Günəş Bakıya gəlir
"Neftçi" Avropa Liqasının üçünc&uu…
"Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində sabah Gürcüstanın "Çixura" komandasını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, matçı bir sıra tanınmış adamlar izləyəcək.
Bunlardan biri də hazırda "Bursaspor"un baş məşqçisi olan Şünol Günəşdi. O, matçı izləmək üçün sabah "Bakcell Arena"da olacaq. Türk çalışdırıcı ona stadionda yer ayrılması üçün "Neftçi" rəsmilərinə müraciət də edib.
Qeyd edək ki, "Çixura" məhz Şenol Günəşin çalışdırdığı "Bursaspor"u mübarizədən kənarlaşdıraraq "Neftçi"yə rəqib olub.