Ölkə futbolu
Erik Ramos: "Meydandan bizə sərf edən nəticə ilə ayrılacağıq"
Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi&quo…
Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" üçüncü təsnifat mərhələsində sabah Gürcüstanın “Çixura” klubu ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, qarşıalşamadan bir gün öncə mətbuat konfransı təşkil olunub.
Mətbuat konfransında iştirak edən "ağ-qaralar"ın paraqvaylı futbolçusu Erik Ramos baş tutacaq oyunla bağlı fikirlərini bildirib:
"Mən hələ "Çixura"nı canlı izləməmişəm. Türkiyə "Bursaspor"unu penaltilər seriyasında məğlub ediblər. Mənə elə gəlir ki, türklərin bəxti gətirməyib. Biz qələbə qazanmağın yolunu bilirik. Bunu "Koper"lə səfər oyununda da sübut etdik. Meydandan bizə sərf edən nəticə ilə ayrılacağıq. İki sarı vərəqəm var. Birin də alsam, növbəti matçı buraxmaq məcburiyyətində olacam. Bu, ən çox xarakterlə bağlıdı. "Koper"lə oyunda əsəbi idim. Qol vurmağa çalışırdıq. Ancaq alınmırdı".