Ölkə futbolu
"Çixura" hava limanında qaldı
"Neftçi"nin Avropa Liqasının üçü…
"Neftçi"nin Avropa Liqasının üçüncu təsnifat mərhələsindəki rəqibi "Çixura" Heydər Əliyev adına Hava Limanında qalıb. Futbolinfo.az xəbər verir ki, gürcü klubu məskunlaşacağı otelə getmək üçün avtobus tapmayıb.
Problemlə üzləşən gürcülər daha sonra "Neftçi"yə müraciət edib. "Ağ-qaralar" qonaq komandanı avtobusla təmin etmək öhdəliyi olmamasına rəğmən, gürcüləri yarıyolda qoymayaraq, onlara yardım əlini uzadıb. Təmsilçimiz "Neftçi" qonaqları öz avtobusu ilə otelə aparıb. Ancaq məşq üçün oyunun keçiriləcəyi stadiona getməli olan komanda avtobus tapa bilməyib. Gürcülər otel rəhbərliyinə müraciət etdikdən sonra, mikroavtobusla təmin olunub.
İli köhnə olan mikroavtobusla "Bakcell Arena"ya gələn "Çixura" futbolçularının minik vasitəsindən düşərkən bir-birinə baxaraq gülümsəmələri diqqətdən yayınmayıb.