Müsahibə
Adolf Hütter: "Reynaldonun olmaması bizim üçün müsbət haldı"
UEFA Çempionlar Liqasının üçüncü təsni…
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Avstriyanın "Zalsburq" komandasını 2:1 hesabı ilə məğlub etdi. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutmuş mətbuat konfransında qonaqların çalışdırıcısı Adolf Hütter oyunla bağlı fikirlərini bölüşüb:
– "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Əzmkar oyun nümayiş etdirdilər. İkinci hissədə qol şanslarımız çox oldu. Ancaq bundan istifadə etmədik. Sonda isə Reynaldo bizi cəzalandırdı. "Qarabağ" bu oyunla yaxşı kollektiv olduğunu nümayiş etdirdi. Bir həftə vaxtımız var. Yaxşı hazırlaşıb, ÇL-in qrup mərhələsinə düşmək istəyirik.
– Komandanızın oyunundan razı qaldız?
– İlk hissədə komandamdan narazı qaldım. "Qarabağ" bizi çox üstələdi. İkinci hissədə isə tam əksinəydi.
– Düşünmürsüz ki, oyunun baş hakimi Reynaldonu meydandan qovmaqla sizi böyük bir bəladan qurtardı?
– Bizim üçün Reynaldonun olmaması müsbət haldı. Hakim üç qırmızı vərəqə verdi. Ancaq onlardan biri də mənim futbolçuma verildi. Mənə elə gəlir ki, hakim Reynaldonu bağışlaya bilərdi.
– Qoldan sonra hiddətlənmişdiz. Bunun səbəbi nə idi? "Qarabağ" doğrudanmı sizi təəccübləndirdi?
– Mən ötən həftə də burada olmuşdum. Azərbaycanda insanlarla xoş ünsiyyətim olub. Bizə qoldan sonra butulka atdılar. Bunu başa düşmədim.
– İki fərqli hissə izlədik. "Qarabağ" ilk hissədə "Zalsburq"u çox üstələdi. Cavab oyununda nə planlaşdırırsız?
– Azərbaycanla Avstriya çempionatı fərqli olsa da, bu, elə də hissə olunmadı. Hər iki komanda öz ölkəsinin çempionudu. Ona görə də maraqlı qarşılaşma alındı.
– Sizə elə gəlmir ki, ilk hissədə taktikada uduzmuşduz?
– "Qarabağ" evdə oynadığı üçün ütsün idi. Üstəlik erkən qol onlar üçün daha yaxşı oldu. Ona görə də daha çox qol buraxmamaq üçün risk etmək istəmədim. İkinci hissədə isə öz taktikamı tədbiq edə bildim.
– "Zalsburq"un qolundan sonra ehtiyat oyunçular skamyasında əyləşmiş futbolçular azarkeşlərə qarşı qeyri-etik davrandı. Bunu necə şərh edərdiz?
– Bizim fərqli mentalitetimiz var. Mən həmin anı görmədim. Sadəcə, butulkanı gördüm. Sizin futbolçular qol vursa və belə hərəkət etsə, azarkeşlərimiz bunu normal qarşılayardılar.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı