Bizi izləyin

Ölkə futbolu

"Neftçi" Avroliqada növbəti sınaq qarşısında

Bu gün UEFA Avropa Liqasında üçüncü təsni…

blank
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki çıxışını davam etdirən yeganə təmsilçisi "Neftçi" də növbəti sınağına çıxacaq.
 
Qeyd edək ki, digər təmsilçilərimizdən biri – "Qəbələ" Bosniya və Herseqovina "Şiroki Briyeq"inə elə ilk təsnifat mərhələsində uduzaraq (0:2, 0:3) mübarizəni dayandırdı. "İnter" isə birinci cəhdində Moldova "Tiraspol"una hər iki oyunda qalib gəlsə (3:2, 3:1) də, ikinci təsnifat mərhələsində İsveç "Elfsborq"u ilə bacarmadı (1:0, 0:1, penaltilərlə 3:4).
 
Avroliqaya Azərbaycan Kubokunun qalibi kimi qatılan "Neftçi" isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Böyükağa Hacıyevin komandası bu mərhələdə Sloveniya "Koper"inə evdə uduzsa da (1:2), səfərdə 2 cavabsız qolla qalib gələrək, mərhələ adladı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Gürcüstan "Çixura"sıdı. Hansı ki, bu komanda Avroliqanın ilk təsnifat mərhələsində Makedoniyanın "Turnovo" klubunu səfərdə 1:0, evdə 3:1 hesabıyla üstələyib. Növbəti qurban isə Türkiyənin "Bursaspor" klubu olub. Hər iki oyunda hesab açılmadığından qalib penaltilərlə müəyyənləşib ki, 4:1 hesabıyla üstün olan "Çixura" "Neftçi" ilə qarşılaşmaq hüququ qazanıb.
 
"Çixura" 1938-ci ildə yaradılmış klubdu. Adını şəhərin yanından keçən bir çayın adından alan Saçxere şəhərinin təmsilçisi ardıcıl olaraq son iki mövsümü Gürcüstan çempionatında 4-cü pillədə başa vurub. Bakılıların rəqibi son iki mövsümdə Gürcüstan Kubokunun finalına vəsiqə qazansa da, Tiflis "Dinamo"suna məğlub olublar. Bu klubun Gürcüstandakı ən böyük uğuru isə ötən il ölkə superkubokuna sahib çıxması olub.
 
Bu komanda son mövsümdə 32 matçda 13 qələbə, 7 heç-heçə ilə 46 xal toplamağa nail olub. Qalan 12 görüşdə məğlub olan "Çixura" 56 qol vurduğu halda, öz qapısından 50-sini buraxıb.
 
Gürcü klubu ev oyunlarını 2 min azarkeş tutumu olan "Central" stadionunda keçirir. Ancaq UEFA bu arenanı tanımadığından, qərb qonşularımız Avroliqa matçlarını paytaxt Tiflisdə yerləşən və 27 223 azarkeş tutumu olan "Mixail Mesxi" stadionunda keçirmək məcburiyyətində qalıb.
 
Gürcüstan təmsilçisinin avrokuboklardakı ən böyük uğuru elə bu mövsümə təsadüf edir. Ancaq ötən və bu mövsüm Avropa Liqasında vəsiqə qazana bilən komanda bu turnirdə ümumilikdə 8 oyun keçirib və 2 qələbə, 4 bərabərlik, 2 məğlubiyyəti olub. Rəqib ötən mövsüm Samson Fruidzenin başılığı ilə ilk təsnifat mərhələsində "Vaduts"u mübarizədən kənarlaşdırsa da, növbəti mərhələdə İsveçrənin "Tyun" komandasına məğlub olaraq, Avropa məcarasını başa vurmuşdu.
 
Maraq üçün qeyd edək ki, bu komanda "Neftçi" üçün elə də yad deyil. Belə ki, "ağ-qaralar" bu yay Türkiyədə təlim-məşq toplanışında olarkən "Çixura" ilə iki dəfə qarşılaşıb. Yoxlama matçlarının birində gürcülər 3:2 hesabı ilə qalib gəlib. Növbəti oyunda isə komandalar meydandan sülhlə ayrılıb – 1:1.
 
Göründüyü kimi, "Neftçi"nin budəfəki rəqibi də təxminən "Koper" kimi komandadı. Heç bir ciddi uğurları olmayan Sloveniya klubu kimi, "Çixura" da müdafiə futboluna üstünlük verib, əks-hücumlarda şans axtarır və komanda oyunu ilə sürpriz etməyə çalışır. Ümid edək ki, "ağ-qaralar" bu rəqibini də mübarizədən kənarlaşdıra biləcək və sensasiyaya imkan verməyəcək. İşə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə bu komandanı mübarizədən kənarlaşdırmaq olar. "Neftçi" cütün taleyinə böyük ölçüdə ev oyununda aydınlıq gətirməlidi. Bu mənada Böyükağa Hacıyevin komandası öz qapısını toxunulmaz saxlamaq şərtilə rəqib qapısına mümkün qədər çox qol vurmağa çalışmalıdı ki, bir həftə sonra Gürcüstanda keçiriləcək cavab görüşündə işi çətin olmasın. Bu, Azərbaycan klubunun tarixində ikinci dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanması baxımından çox vacibdi.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 10.525 reytinq xalı var. Bu mövsüm ölkəmizə 0.750 xalı "İnter", 0.750 xalı ÇL-dəki təmsilçimiz "Qarabağ", qalan 0.250 xalı isə "Neftçi" qazandırıb. Ümidvarıq ki, bu gün keçiriləcək oyunda "ağ-qaralar" xal ehtiyatımızı daha da yaxılaşdıra biləcək.
 
"Neftçi" hazırda 8.075 xalla klub sıralamasında Avropanın 181-ci komandasıdı. Rəqibi "Çixura" isə 3.350 reytinq xalı ilə 320-cidi.
 
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
31 iyul
 
20:00. Neftçi – Çixura
Hakimlər: Kristian Balay, Sebastyan George, Ovidiu Artene, Katalin Sorin Popa (Rumıniya).
Hakim-inspektor: Jiri Ulrix (Çexiya).
UEFA nümayəndəsi (Vladislav Xodeyev  (Rusiya).
Bakı. "Bakcell Arena".
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-14 16:03

“Göygöl”ün növbəti tur hazırlığı – VİDEO

blank
Premyer-liqa2024-04-14 15:48

“Səbail” “Kəpəz”ə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-14 15:28

Daha dörd komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-14 14:59

Millimiz Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-04-14 14:21

Jaber və Sobolenko futbol matçında

blank
Digər idman növləri2024-04-14 14:00

MHL-də ilk cütlük bəlli oldu

blank
Digər idman növləri2024-04-14 13:42

MBA-da müntəzəm çempionatın sonu

blank
Digər idman növləri2024-04-14 13:20

Millimiz finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 13:00

Daha 4 cüdoçumuz Avropa Kubokunda mübarizəyə qoşulacaq

blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Digər idman növləri2024-04-14 10:29

Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

blank
Digər idman növləri2024-04-14 10:00

Millimiz Honqkonqda növbəti oyununa çıxır

blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm